"Bizim də komanda kimi evə qayıtmağımız yaxşı olar"

23 Dekabr 2023 14:20 Qarabağ 866
"Bizim də komanda kimi evə qayıtmağımız yaxşı olar"

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Toral Bayramov MOİK-lə kubok qarşılaşması (1:0) haqda sualları cavablandırıb.

- Çətin oyun oldu. Süni örtük amili də öz rolunu oynadı. İki gün əvvəl "Neftçi" ilə derbi oyunu keçirmişdik, yorğunluq da var idi. Amma şükürlər olsun ki, qalib gəldik. Tarixi oyun oldu. Bu haqda fikrim necə ola bilər? Azərbaycanlı kimi qüruruverici hisslər keçirirəm. Sevinirəm ki, bu tarixin bir parçasıyam. Ölkə başçısına təşəkkür edirəm. Allah Ordumuzu qorusun. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə isə can-sağlığı.

- MOİK-dən bu cür müqavimət gözləyirdiz?

- Bəli, gözləyirdik. Çünki daim aşağı liqa komandaları istəkli olur, özlərini sübut etmək istəyirlər.

- Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, yaxın vaxtlarda "İmarət" stadionunun inşasına başlanılacaq. Bu haqda fikrin necədir?

- Yalnız xoş. Bizim də komanda kimi evə qayıtmağımız yaxşı olar. Allah qoysa, tezliklə stadion tikilər və avrokubok oyunlarımızı "İmarət"də keçirərik.

- Növbəti matçlarınızı Xankəndidə keçirmək istəyirsiz?

- İstəyərik. Buranın çox gözəl ab-havası var. Gələcəkdə ot örtüyünü dəyişsələr, daha mükəmməl olar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti