"Qarabağ" Qurban Qurbanov kimi ağıllı baş məşqçiyə sahibdir"

23 Dekabr 2023 02:50 Qarabağ 677
"Qarabağ" Qurban Qurbanov kimi ağıllı baş məşqçiyə sahibdir"

"Qarabağ"ın pley-off mərhələsindəki rəqibini yaxşı tanıyıram.

Məncə, çətin oyunlar olacaq, amma əminəm ki, "Qarabağ" çox yaxşı hazırlaşacaq matçlara.

Ümidvaram ki, hər şey yaxşı olacaq".

Sportinfo.az xəbər verir ki bu sözləri sportal.az-a açıqlamasında Danilo Diaş deyib.

Ağdam təmsilçisinin sabiq futbolçusu Avropa Liqasının pley-off mərhələsinin “Braqa” – “Qarabağ” görüşündən gözləntilərini bildirib.

Veteran futbolçunun fikrincə, rəqibin güclü olmasına baxmayaraq, Azərbaycan çempionu növbəti mərhələyə adlamaq şansına sahibdir:

"Braqa"nın gücünü bilirəm. Amma fikrimcə, "Qarabağ"ın növbəti mərhələyə adlamaq şansı var.

Portuqaliya komandasında yaxşı futbolçuları var. Lakin "Qarabağ" Qurban Qurbanov kimi ağıllı baş məşqçiyə sahibdir.

O, komandasını oyunlara hər zaman çox yaxşı hazırlayır. Əminəm ki, onlar yaxşı futbol oynayacaq, mərhələ adlamağa çalışacaq".

Diaş “Qoyas”, “İpatinqa”, “Maritimo”, “Uniao Madeyra”, “Amerika”, “Kova-Piedadi”, “Mirandela” klublarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti