“Qarabağ”ın prezidenti: “Əgər qələbə qazansaydılar, üzülməyəcəkdim”

23 Dekabr 2023 02:30 Qarabağ 477
“Qarabağ”ın prezidenti: “Əgər qələbə qazansaydılar, üzülməyəcəkdim”

“Hər oyunumuzdan sonra arzulayırdım ki, Qarabağ qayıtsın, burada oynayaq”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl bildirib.

“Buna inanırdıq. 21 ildir klubun rəhbərliyindəyik və 21 il sonra bura qayıtdıq. Möhtəşəm oyun oldu. Çox sevinirəm ki, komandam qələbə qazandı.

MOİK də möhtəşəm oynadı. Əsgərlərin ruhu var idi onlarda. Əgər qələbə qazansaydılar, üzülməyəcəkdim”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti