"Qarabağ"ın başqanı ilə məşhur azərbaycanlı arasında Xankəndidə şirin söhbət - VİDEO

25 Dekabr 2023 13:00 Qarabağ 1 238
"Qarabağ"ın başqanı ilə məşhur azərbaycanlı arasında Xankəndidə şirin söhbət - VİDEO

"Qarabağ" Azərbaycan Kubokunun 1/8 final mərhələsinin MOİK-lə matçını (1:0) Xankəndi şəhərində keçirdi.

Tarixi qarşılaşmaya baxmaq üçün Qarabağa səfər edənlər arasında "atlılar"ın başqanı Tahir Gözəl də vardı.

Qarşılaşmanın final fitindən sonra rəhbər şəxsin bir başqa məşhur qonaqla söhbəti diqqətdən qaçmadı.

Söhbət azərbaycanlı qrosmeyster Nicat Abbasovdan gedir.

Tahir bəy stadionun çıxış qapısında qarşılaşdığı gənc şahmatçımızla bir müddət ayaq üstə söhbətləşdi.

Tanışlığından məmunluğunu bildirən başqan ona gələcək karyerasında uğurlar arzuladı.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti