Vaxtilə Premyer Liqada çıxış etmiş Nuqzar Kvirtiya növbəti dəfə “Qarabağ”ın oyununu işıqlandırıb.
Sosial media fenomeni Avropa Liqasının Azərbaycan futbolu üçün tarixi qarşılaşmasında – “Qarabağ”la “Hekken” arasında baş tutan görüşdə kamerasını əlinə alaraq izləyiciləri üçün vloq hazırlayıb.
Sabiq futbolçu stadiona gələnlər üçün sürpriz hazırlayıb.
Belə ki, o, Redon Cicanın əynindən çıxan formasını tribunaya atıb. Və həmin futbolka xanım azarkeşə qismət olub. Lakin gənc xanım onu azyaşlıya hədiyyə edib.
Bu azmış kimi, “Nike” brendina məxsus xalis butsları da sektorlardan birinə göndərib.
Kvirtiya üçüncü mərhələdə yarış keçirməyi qərara alıb. Topa göyə atıb və “dəri kürə”ni kimin ustalıqla saxlayacağına baxıb.
Tanınmış bloger 90 dəqiqə ərzində yaşanan ən maraqlı anları 16 dəqiqəlik videoya yerləşdirib.
HƏBİB / SPORTİNFO.AZ

