"Qarabağ"ı Qarabağda izlədi, gördüklərini "möcüzə" adlandırdı - VİDEO

22 Dekabr 2023 15:00 Qarabağ 716
"Qarabağ"ı Qarabağda izlədi, gördüklərini "möcüzə" adlandırdı - VİDEO

"Bu, bir futboldan daha artıq oyun idi".

"Sportinfo TV"nin aparıcı-eksperti Elçin Cəfərov belə qənaətdədir.

Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən "Qarabağ" – MOİK matçını izləmək üçün Xankəndiyə yollanan tanınmış yazar bu şəhərə səfər barədə təəssüratlarını bölüşüb.

O, stadiondan çəkdiyi videoda gördüklərini "Xankəndi möcüzəsi" adlandırıb.

Bildirib ki, "Qarabağ"ın təmsil etdiyi bölgəyə dönüşü mühüm tarixi hadisədir və istər tribunaları dolduran, istərsə də ekran başında əyləşən azarkeşlər maraqlı mübarizənin şahidi olub.

Cəfərov "köhlən atlılar"la ordu komandasının məhz Xankəndidə qarşılaşmasının ictimai-siyasi əhəmiyyətinə diqqət çəkib, bunun mühüm mesaj mənasına gəldiyini söyləyib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti