"Hər kəs Avropada "Qarabağ"la hesablaşır"

22 Dekabr 2023 17:00 Qarabağ 788
"Hər kəs Avropada "Qarabağ"la hesablaşır"

"Qarabağ"ın sabiq müdafiəçisi Azər Məmmədov Sportinfo.az-a açıqlama verib.

O, son Azərbaycan çempionun Avropa Liqasının pley-off mərhələsində Portuqaliya təmsilçisi "Braqa"ya rəqib olmasını şərh edib:

"Məncə, güclü rəqib düşüb. "Braqa" hazırda Portuqaliya çempionatında 4-cü pillədə gedir.

Bu ölkədə daha çox tanınmış 3 klub var - "Portu", "Benfika" və "Sportinq". Onlardan sonra "Braqa" gəlir. Açığı, çətin olacağını düşünürəm.

Ancaq bundan da çətin ola bilərdi. Daha güclü komandaları püşk bəxtimizə çıxara bilərdi.

Düşünürəm ki, "Qarabağ" heç bir halda bu rəqibə asan təslim olmaz. Etiraf edək ki, komandamız da Avropada öz sözünü deyib və hazırda da deməkdədir.

Artıq hər kəs Avropada "Qarabağ"la hesablaşır. Asan məğlub edəcəklərini düşünmürlər.

Hər şeyə rəğmən bu futboldur. Nə olacağını demək olmaz. Hər birimiz arzu edirik ki, "Qarabağ" növbəti zəfərini "Braqa" üzərində qazanaraq növbəti dəfə bizləri sevindirəcək".

Ağdam klubunun fevralın 15-də Portuqaliyada reallaşacaq ilk matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bir həftə sonra Bakıdakı cavab matçı isə isə saat 21:45-də başlayacaq.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti