“Qarabağ”a görə metro saat 01:00-a kimi işləyəcək

7 Noyabr 2023 00:30 Qarabağ 671
“Qarabağ”a görə metro saat 01:00-a kimi işləyəcək

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin IV turunda Almaniyanın “Bayer” klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Sportinfo.az xəbər verir ki, klubun müraciəti və bu qarşılaşmaya Azərbaycanda marağın böyük olması nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyən azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib.

Bakı metropoliteni noyabrın 9-dan 10-na keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!