
Azərbaycan millisində “Qarabağ”lıların sayı get-gedə azalır.
Vaxtilə baş məşqçilərin siyahısında 10-12 nəfərin adı yer alırdısa, sonuncu toplanışda bu say 4 idi.
Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Filip Ozobiç, Musa Qurbanlı, Ramil Şeydayev, Mahir Emreli klubu müxtəlif vaxtlarda klubu tərk etdi.
Maksim Medvedev, Bədavi Hüseynov və zədəli Abbas Hüseynov daha ölkənin əsas komandasına dəvət olunmur, Riçard Almeyda isə yığma karyerasını başa vurub.
“Qarabağ”da yerlilərin sayının kəskin azalması yaxın gələcək üçün həyəcan təbili deyil ki?
Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev Sportinfo.az-a bu gaqda danışıb:
“Təbii ki, bu, xoş hal deyil. Tək bizim üçün yox, ümumi ölkə futbolu adına.
Çox istərdim ki, hər klub milliyə 4-5 futbolçu versin. Neçə illərdir milliyə ən çox futbolçu göndərən “Qarabağ”dır və bu ənənə hələ də davam edir”.