“Qarabağ”ın hücumçusuna “Böyük beşlik” klubundan təklif gəldi - SON DƏQİQƏ

8 Noyabr 2025 21:00 Qarabağ 27 643
“Qarabağ”ın hücumçusuna “Böyük beşlik” klubundan təklif gəldi - SON DƏQİQƏ

Millinin və «Qarabağ»ın hücumçusu Nəriman Axundzadəyə yeni təklif gəlib.

Bu barədə Ağdam klubundan saytımıza son dəqiqə məlumatı daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, gənc forvard Avropadan yeni dəvət alıb. Ad açıqlanmasa da, bildirilib ki, Axundzadə ilə yaxından maraqlanan komanda «Böyük beşlik» təmsilçisidir.

Ortabab statuslu klubun rəhbərliyi menecerlər vasitəsilə artıq hərəkətə keçib: həm səbəbkarın özüylə, həm də «Qarabağ» tərəfiylə əlaqə saxlayıb.

Onlar «köhlən atlar»la sözləşməsi 2027-ci ilin yayında başa çatacaq ön xətt oyunçusunun şərtləri, həm də təzminatın məbləğiylə bağlı bilgilər alıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO