BRAZİLİYALI: "Qarabağ”a tam uyğunlaşdığımı deyə bilərəm”

23 Yanvar 2023 22:20 Qarabağ 2 633
BRAZİLİYALI: "Qarabağ”a tam uyğunlaşdığımı deyə bilərəm”

"Bu gün komandaya tam uyğunlaşdığımı deyə bilərəm”. .

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın legioneri Julio Romao deyib.

Braziliyalı yarımmüdafiəçi buna görə, ona dəstək göstərən komanda yoldaşlarının əməyini xüsusu qeyd edib:

"Adaptasiya prosesinin rahat keçdiyini qeyd etməliyəm. Komanda yoldaşlarım olsun, texniki heyət olsun, ümumiyyətlə, komandada olan hər kəs kluba, ölkəyə tam uyğunlaşmağımı asanlaşdırmaq üçün öz dəstəyini göstərdi. Buna görə onlara təşəkkür edirəm".

“Sambaçı” 2020-ci ildən Portuqaliyada - “Santa Klara”da çıxış edib. 25 yaşlı cənubi amerikalı 20 oyunda çıxış edib.

Daha əvvəl isə Braziliyada “Paranaense" və “Ponte Preta”nın formasını geyinib. “Qarabağ” onunla ötən ilin yayında 4 illik müqavilə imzalayıb.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu