“Qarabağ” tarixində ilk dəfə avrokuboklarda İngiltərə Premyer Liqası klubundan xal alıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu bunu Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə matçda reallaşdırıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə heç-heçə qeydə alınıb – 2:2.
Buna qədər “Qarabağ” Avropa arenasında İngiltərə təmsilçilərinə qarşı keçirdiyi 6 oyunun hamısında uduzmuşdu – “Tottenhem”ə (1:3, 0:1), “Çelsi”yə (0:6, 0:4) və “Arsenal”a (0:3, 0:1). Qurban Qurbanovun yetirmələri bu uğursuz seriyanı Bakıda qırıb.
Cari mövsüm Çempionlar Liqasında “Qarabağ”ın hesabında 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət var. Ağdamlılar 4 turda 7 xal toplayıb.

