Zubir bu sualı eşidib, “zaman göstərəcək” dedi

18 İyun 2022 21:20 Qarabağ 2 954
Zubir bu sualı eşidib, “zaman göstərəcək” dedi

“Fasilə elə də çox olmadı, cəmi 2 həftə. Ona görə də bərpa məşqlərində çətinlik çəkəcəyimizi düşünmürəm”.

“Qarabağ”ın aparıcı futbolçularından olan Abdullah Zubir Sportinfo.az-a açıqlamasında yay istirahətindən sonrakı fiziki durumu haqda danışıb.

Mövsüm başa çatandan sonra oyunçular dincəlməyə üstünlük verir ki, istirahətdən sonrakı dönəm bir müddət ağır keçir.

Fasilədə hər nə qədər fiziki tapşırıqlar üzərində çalışsalar da, bu, kollektiv məşqi effektini vermir.

Ağdamlıların “fransalı 10 nömrə”si bu mənada ciddi çətinliklə üzləşəcəyini düşünmür:

“Əlbəttə, fərdi məşqlər kollektiv çalışmaların yerini verə bilməz. 2 həftə topa toxunmamaq, topla mütəmadi təmasda olmamaq hansısa mənada sözünü deyir. Yenə deyirəm, 2 həftə elə də böyük fasilə deyil.

Artıq çalışmalara start vermişik. Və hər kəs qarşısında duran məsuliyyəti dərk edir. Əlimdən gələnin ən yaxşısını edirəm ki, qısa müddətdə ideal formamı bərpa edim.

Bunun üçün nə qədər vaxta ehtiyacım var? Dəqiq demək çətindir, zaman göstərəcək”.

Abdulla Zubir 2018-ci ildən şərəfini qoruduğu “Qarabağ”da bütün turnirlərdə 158 matçda forma geyinməklə rəqib qapılarına 36 dəfə yol tapıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti