Zubir deyir: "Biz heç vaxt unutmuruq ki...”

11:20 Qarabağ 283
Zubir deyir: "Biz heç vaxt unutmuruq ki...”

"Biz heç vaxt 'Qarabağ' adının bizə verdiyi məsuliyyəti unutmuruq.

Komandanın tarixi həmişə yaddaşımızdadır".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir deyib.

O, komandanın Füzuli, Şuşa və Xankəndi şəhərlərinə səfərindən aldığı təəssüratları bölüşüb:

"Biz bura ilk dəfə gəlmirik, amma bu səfərlər həmişə xüsusi anlarla yadda qalır. Burada olanda bu diyarın böyüklüyünü daha dərindən dərk edirsən.

Burada insanlar çox mehriban və qonaqpərvərdir, bu torpağın qədim tarixini hiss edirsən.

Bu, insanda xüsusi duyğular və hisslər yaradır. Hamımız təmsil etdiyimiz klub və regionla fəxr edirik".

Digər Xəbərlər
Xəbər Lenti