Qurban Qurbanov “Qarabağ”ın qarşısına qoyulan yeni məqsədi AÇIQLADI

29 İyun 2025 00:40 Qarabağ 4 442
Qurban Qurbanov “Qarabağ”ın qarşısına qoyulan yeni məqsədi AÇIQLADI

"Hər zaman olduğu kimi hədəfimiz maksimum nəticə əldə etməkdir”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib,

O, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqiblər (“Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi) və turnirdəki hədəfləri ilə bağlı fikirlərini bildirib:

“Maksimum hədəf Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmaqdır. Potensial rəqiblərimiz bizə uyğun olmayan çempionatlardandır.

Əvvəllər bu ölkələrin komandaları ilə qarşılaşmışıq. Rəqibləri təhlil etməyə başlamışıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti