Azad Qarabağın azad çempionu!

22 May 2022 09:40 Qarabağ 412
Azad Qarabağın azad çempionu!

"Qarabağ" dünən növbəti çempionluğuna qovuşdu.

Bu nə ilk çempionluq idi, nə də 21 ildən sonra qazanılan çempionluq. Heç 9-cuya kimi qazanılan çempionluqlar da deyildi.

Budəfəki titulun dadı-duzu tam başqa idi. Bunu prezident Tahir Gözəlin, baş məşqçi Qurban Qurbanovun timsalında digər rəsmilərin və futbolçuların çöhrəsindəki sevincdən hiss etməmək mümkün deyildi.

İlk çempionluq 1993-cü ildə qazanılanda Ağdam erməni təcavüzkarları tərəfindən işğal olunduğu günlər idi. Ürəkdən sevinməkdən söhbət gedə bilməzdi.

21 illik fasilədən sonra - 2014-cü il qazanılan çempionluq da da yara yerində qalırdı. Sadəcə dəyişən zaman idi.

Sonrakı çempionluqlar da da mənzərə oxşar idi. Komanda nəinki çempion, hətta digər uğurlarında da işğal altında olan bölgəni təmsil etməyin yükünü unutdurmamağa çalışırdı. Əzabını çəkirdi.

Əbəs deyil ki, bunu dəfələrlə baş məşqçi Qurban Qurbanov da dilə gətirmişdi.

Ötən il son turda uğuru əldən verən "köhlən atlar" bu il istəyinə çata bildi.

Budəfəki fərqliliyin, çempionluğa layiq atəşfəşanlığın, üzlərdəki möhtəşəm sevincin tək əsası vardı - Azad Qarabağdan sonra qazanılan ilk çempionluq.

Azad Qarabağın azad çempionlarına eşq olsun. Mövsüm boyu haqq edilən çempionluğun mübarək, azad "Qarabağ".

İnşallah, bu "Qarabağ"ın daha böyük uğurlarını Avropada, azad Qarabağda və azad Ağdamda görək. Amin!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti