"Qarabağ"a gəlməklə doğru qərar verdiyimi gördüm"

16 Yanvar 2022 02:40 Qarabağ 2 541
"Qarabağ"a gəlməklə doğru qərar verdiyimi gördüm"

"Qarabağ"a transferimi çox yaxşı xatırlayıram.

Yunanıstanda və fərqli ölkələrdə bir neçə böyük klubda oynamışdım. Sonradan mənə bir çox klublardan da təklif gəldi.

Onlar sırasında "Qarabağ"ın da adı var idi. Götür-qoy etdim. Çünki şəhər və "Qarabağ" haqda çox da bilgim yox idi".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Çumbinyo deyib.

"Qarabağ"ın aparıcı futbolçularından olmuş braziliyalı son dəfə Yunanıstanda "Kalamata" forması geyinmişdi. Hazırda klubsuz qalan 35 yaşlı futbolçu Ağdam klubundakı xatirələrini bizimlə bölüşüb:

"Qarabağ" haqda əvvəllər bilgim olmasa da, bu kluba gələrək doğru qərar verdiyimi gördüm. Hər şey çox gözəl idi, şəhər, "Qarabağ", komanda yoldaşları, layihə.

Əla komandada oynayırdım. "Qarabağ"la çempionluqlar yaşadım. Avrokuboklarda qruplara qala bildik. "Qarabağ"da oynadığıma görə şadam".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!