“Qarabağ”ın legioneri “Rubin”in “radarına düşdü”

5 Yanvar 2022 20:00 Qarabağ 1 838
“Qarabağ”ın legioneri “Rubin”in “radarına düşdü”

“Rubin” “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgeslə yaxından maraqlanır.

Rusiya klubu ötən ilin yayından Azərbaycanda çıxış etməyə başlayan braziliyalını 3 aydır diqqət mərkəzində saxlayır.

Premyer Liqa təmsilçisi “sambaçı”nı Konfrans Liqasnın qrup mərhələsinin “Omoniya” ilə səfər oyununda bəyənib.

Kiprdə keçirilən həmin qarşılaşmada dubla imza atan cənubi amerikalı turnirin ən gözəl qollarından birini vurmuşdu.

Kadinin “Qarabağ”la müqaviləsi 2+1 illikdir. “Rubin” Azərbaycana gələnə kimi Portuqaliyada çıxış edən braziliyalının maliyyə şərtlərini incələyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı
13 Avqust 17:10 Çək və bizə göndər!
13 Avqust 08:30 "Sabah"dan yeni TRANSFER