"Qarabağ" və İbrahima Vadjinin ortaq dərdi

21 Oktyabr 2021 20:00 Qarabağ 1 257
"Qarabağ" və İbrahima Vadjinin ortaq dərdi

"Qarabağ"ın böyük ümidlərlə heyətinə qatdığı İbrahima Vadji hələki ümidləri tam doğrultmur.

Yay fasiləsində Norveçdən transfer edilən seneqallı hücumçu insafən pis start götürməmişdi.

Debüt matçında "Səbail"ə qarşı cəmi 14 dəqiqə meydanda olan afrikalı forvardın ciddi mənada fərqlənməməsi normal qarşılandı.

Vadjinin ilk böyük sınağı "Qarabağ" formasında ilk dəfə start heyətində meydana çıxdığı "Neftçi"yə qarşı oldu. 26 yaşlı hücumçu vurduğu 2 qolla komandasına qələbə qazandırmaqla bu sınaqdan üzüağ çıxmağı bacardı.

Vurduğu qollardan başqa meydanda göstərdiyi mübarizə beyinlərdə "Qarabağ" nəhayət istədiyi hücumçunu tapdı" fikrini yaratdı.

Amma sonrakı 6 qarşılaşmada Vadji 1 qol belə vura bilməyib. Bu görüşlərdən 4-ü Azərbaycan Premyer Liqasına, 2-si isə Konfrans Liqasının qrup mərhələsinə təsadüf edir.

Real yanaşsaq İbrahima Vadjinin meydandakı mübarizəsi, rəqibi daim təzyiqdə saxlaması, kiçik fürsətdə belə qapıya düşmək istəyi əla forvadlara xas xüsusiyyətdir. Şanssızlıq yaşadığı oyunlar da az olmayıb.

Amma istənilən halda bir hücumçu 6 matçda fərqlənə bilmirsə, bunun yeganə adı uğursuzluqdur.

Ümid edək ki, əcnəbi futbolçu bu gün axşam "Kayrat"la baş tutacaq vacib görüşdə "qol orucu"nu poza biləcək. Həmin qol(lar)a həm "Qarabağ"ın, həm də elə Vadjinin böyük ehtiyacı var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı