“Qarabağ”dan daha bir... 7 oldu

18 Sentyabr 2021 20:40 Qarabağ 1 252
“Qarabağ”dan daha bir... 7 oldu

“Qarabağ” avrokuboklardakı məğlubiyyətsizlik seriyasını 7 oyuna çatdırıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi cari mövsüm heç kimə uduzmayıb.

Qurban Qurbanovun yetirmələri təsnifat mərhələlərində İsrail “Aşdod”u (0:0, 1:0), Kipr AEL-i (1:1, 1:0) və Şotlandiya “Aberdin”ini (1:0, 3:1) məğlubiyyətsiz keçib. Premyer Liqanın vitse-çempionu qrup mərhələsinə “Bazel”lə (İsveçrə) qolsuz sülhlə başlayıb.

“Qarabağ” axırıncı dəfə ötən mövsümdə Avropa Liqasının qrupundakı son görüşdə uduzub. Həmin vaxt təmsilçimiz İspaniya “Vilyarreal”ından texniki məğlubiyyət alıb.

Son 7 qarşılaşmada reytinqimizə xallar qazandıran ağdamlılar bununla da Azərbaycan futbol tarixinin rekordunu təkrarlayıb. Belə ki, Avropada ardıcıl 7 matçda uduzmamaq klublarımızın 27 illik qitə səhnəsində rekorddur.

İndiyədək belə seriya 3 dəfə qeydə alınıb. 2009-10-cu illərdə “Qarabağ” ardıcıl 7 matçda uduzmayıb. 2010-13-cü illərdə “İnter” (indiki “Keşlə”) bu rekordu təkrarlayıb. 2011-13-cü illərdə “Qarabağ” özünün ikinci, Azərbaycanın üçüncü belə seriyasına imza atıb.

Hər üç seriya bir deyil, bir neçə mövsümü əhatə edib. Ağdamlıların indiki seriyası isə bir mövsümdə qeydə alınıb.

İndiyədək bir mövsümdə ardıcıl 7 matçda uduzmayan komandamız olmamışdısa, ağdamlılar ilki reallaşdırıb. Həm də yeni yaradılan turnirdə. “Qarabağ” həm mövsümə, həm də hər hansı qitə kubokuna ardıcıl 7 məğlubiyyətsiz matçla başlayan ilk komandamız olub (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti