"Qarabağ" onun üçüncü qayıdışı üçün bu qədər xərc çəkdi

4 Avqust 2021 11:40 Qarabağ 2 720
"Qarabağ" onun üçüncü qayıdışı üçün bu qədər xərc çəkdi

"Qarabağ" Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə dünən 1 illik müqavilə imzalayıb.

32 yaşlı yarımmüdafiəçi 7 nömrəli formada çıxış edəcək.

Bu, braziliyalının Ağdam təmsilçisinə 3-cü qayıdışıdır. O, daha öncə 2012-2018 mövsümündə, həmçinin 2019-cu ildə "köhlən atlar"ın şərəfini qoruyub.

Riçard Almeydanın son klubu "Zirə" olub. Bu dönüş “Qarabağ”a 200 min dollar civarında məbləğə başa gəlib.

Həmçinin onu da bildirməliyik ki, cənubi amerikalı Ağdam təmsilçisinə əvvəlki statusla qayıtmayıb. Belə ki, indi onu burada əsas heyət üzvü kimi görmürlər.

Yəni, gözləmək lazım deyil ki, Almeyda yenə “Qarabağ”da aparıcı fiqurlardan biri olacaq. Daha çox əvəedici kimi lazım olanda işə yarayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti