Azərbaycan klubundan getdi ki… Daha çox qazansın!

27 İyul 2021 11:00 Qarabağ 957
Azərbaycan klubundan getdi ki… Daha çox qazansın!

Dünən xəbər verdiyimiz kimi, “Qarabağ” daha bir futbolçu - Uroş Matiçlə yollarını ayırıb.

Serbiyalı yarımmüdafiəçi ilə olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Ötən yay 2+1 illik müqavilə imzalanan Uroş Premyer Liqada 19 oyunda 1 qol vurub.

31 yaşlı legioner karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. O, "Abha" ilə 2 illik müqaviləyə qol çəkib. Balkanlı orta sahə oyunçusu adıçəkilən ölkədə kifayət qədər yüksək əməkhaqqı alacaq.

Matiçin buradakı illik qazancı 350 min avro təşkil edəcək. "Abha" gələn mövsüm medal qazanarsa, onun əyarından asılı olaraq futbolçunun hesabıına əlavə bonus-mükafat köçürüləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı