“Beşiktaş” Qurban Qurbanovu “Qarabağ”dan qoparmaq niyyətində!

18 Mart 16:40 Qarabağ 1 780
“Beşiktaş” Qurban Qurbanovu “Qarabağ”dan qoparmaq niyyətində!

“Beşiktaş” “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır.

Sportinfo.az-ın “Fotospor” nəşrinə istinadən məlumatına görə, İstanbul təmsilçisinin idman direktoru Samet Aybaba komandanı düşdüyü durumdan 52 yaşlı mütəxəssisin çıxaracağına inanır.

UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer 04”ə qarşı səfər oyununu tribunadan izləyən Aybaba hesab edir ki, hazırkı baş məşqçi Fernandu Santuşdan sonra bu posta ən layiqli çalışdırıcı Qurbanovdur.

Türkiyəli mütəxəssis eyni zamanda “Qarabağ”ın iki futbolçusu Juninyo və Abdullah Zubirin də çıxışını bəyənib. O, Ağdam təmsilçisinin üç üzvü ilə bağlı rəhbərliyə raport təqdim etməyə hazırlaşır.

“Beşiktaş” Türkiyə Superliqasında 30 turdan sonra 46 xalla dördüncü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti