"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Ağdam klubu Bolqarıstanda "Ludoqorets" ilə qarşılaşıb.
İlk matçda Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun komandası cavab görüşündə 7:2 hesablı möhtəşəm qələbə qazanaraq tarixində 3-cü dəfə ÇL-in pley-offuna yüksəlib.
Ağdam təmsilçisi buna qədər 2 dəfə ÇL-də pley-offda oynayıb. Komanda eyni zamanda ən pis halda Avropa Liqasında Liqa mərhələsinə vəsiqəni təmin edib.
“Ludoqorets” (Bolqarıstan) - “Qarabağ” (Azərbaycan) 2:7
Qollar: Juninyo, 7 (0:1), Kvadvo Dua, 13 (1:1), 23-pen. (2:1), Yassin Benzia, 45+1-pen. (2:2), Patrik Andrade, 45+5 (2:3), Toral Bayramov, 93 (2:4), Redon Cica, 110 (2:5), Patrik Andrade, 112 (2:6), Yassin Benzia, 118 (2:7)
Hakimlər: Simone Sozza, Giorgio Peretti, Davide İmperiale, Matteo Marchetti
VAR hakimləri: Gianluca Aureliano, Marco Serra (Hakimlər briqadası İtaliyadandır)
Razqrad. “Ludoqorets Arena”
İlk oyun - 2:1