İspaniya KİV-i: "Qarabağ" Dieqo Simeonenin komandasını emosional şəkildə məhv etdi"

29 Dekabr 2023 09:20 Qarabağ 1 521
İspaniya KİV-i: "Qarabağ" Dieqo Simeonenin komandasını emosional şəkildə məhv etdi"

İspaniya mətbuatı “Atletiko”nun (Madrid) 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirdiyi uğursuz görüşləri (0:0, 1:1) bir daha xatırladıb.

Sportinfo.az xəbər verir ki, “vavel.com” portalı Azərbaycan çempionu barədə bunları yazıb:

"2017/2018 mövsümündə “Atletiko”, “Çelsi”, “Roma” və “Qarabağ”la eyni qrupda yer almışdı. Bu, növbəti mərhələyə keçmək yolunda nəticələr əldə edə biləcəyi sadə bir qrup kimi görünürdü.

Lakin Çempionlar Liqasında səyahətə başlayan kimi problemlərlə üzləşdilər: “Roma” ilə heç-heçə (0:0) və “Metropolitano”da “Çelsi”yə məğlubiyyət (1:2) Madrid klubunu uçuruma baxmağa məcbur etdi.

"Qarabağ" Dieqo Simeonenin komandasını emosional şəkildə məhv etdi.

Belə ki, Ağdam klubu ilə üçüncü və dördüncü turlardakı iki heç-heçədən sonra “Atletiko” növbəti mərhələyə yüksəlmək üçün qrupda ilk ikiliyə düşmək şansını demək olar itirdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti