Millimizin baş məşqçisi: "Mən onlardan üzr istəyirəm"

31 May 2025 01:50 Qadın futbolu 3 713
Millimizin baş məşqçisi: "Mən onlardan üzr istəyirəm"

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığması ilə keçirilən ev oyunundan (0:5) sonra fikirlərini bildirib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Əsgərov bunları qeyd edib:

“İlk dəfədir komandanın bu qədər həyəcan içində meydana çıxdığını gördüm. Çoxlu sayda səhvlərə yol verdik.

İlk 10 dəqiqədə buraxdığımız qollardan sonra oyunumuzda eniş baş verdi. Fasilədən sonra sistemdə dəyişiklik etdik.

Ancaq bütünlüklə hücuma çıxdığın zaman istər-istəməz müdafiədə boşluq yaranır. Nəticədə daha bir qol buraxdıq.

Bizi dəstəkləməyə gələn insanlara həm təşəkkür edirəm, həm də bu nəticəyə görə komanda adından onlardan üzr istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM