“Bakıda qazanmadığımız üçün peşman ola bilərik”

3 Mart 13:40 Qadın futbolu 1 117
“Bakıda qazanmadığımız üçün peşman ola bilərik”

Qadın futbolçulardan ibarət Monteneqro yığmasının yarımmüdafiəçisi Yasna Cokoviç yerli mətbuata açıqlamasında UEFA Millətlər Liqasının I turunda Azərbaycan millisi ilə keçirilən səfər oyununu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı oyunçu 0:0 hesablı qolsuz bərabərliklə yekunlaşan Bakıdakı matçda çıxışlarından razılıq bildirib.

Cokoviç qələbəyə daha yaxın olduqlarını söyləyib:

“Oyun üçün şərait çox ağır idi, mübarizə apardıq. Qələbə qazanmadığımız üçün peşman ola bilərik.

Çünki biz daha yaxşı idik. Amma ümumi götürdükdə uzaq səfərdə qazanılan xal qənaətbəxş nəticədir.

Litva ilə qarşıdakı matça maksimum konsentrasiyalı və motivasiyalı çıxacağıq ki, 3 xal qazanaq.

Bizim bir hədəfimiz var – qrupun qalibi olmaq. Bir-birimizə güvənirik və bu yolla istədiyimizə nail ola bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var