Qadınlardan ibarət yığma milli federasiyanı məhkəməyə verdi

9 Mart 2019 13:36 Qadın futbolu 632
Qadınlardan ibarət yığma milli federasiyanı məhkəməyə verdi

ABŞ-ın qadınlardan ibarət futbol üzrə yığması Los-Anceles məhkəməsində ölkənin Futbol Federasiyasına (USSF) qarşı iddia qaldırıb.

Sportinfo.az xəbər verir ki, 28 futbolçu USSF-i əmək haqqı, tibbi xidmət, səfər şərtləri və məşqlərin həcmi məsələlərində ayrıseçkilikdə ittiham ediblər.

Nəşr qeyd edir ki, Los-Anjeles məhkəməsinə verilmiş mülki iddianın məzmunu faktiki olaraq 2016-cı ildə Bərabər İmkanlar üzrə Komissiyaya Karli Lloyd və Aleks Morqan da daxil olmaqla, yığmanın beş oyunçusu tərəfindən göndərilmiş ayrıseçkiliklə bağlı şikayətinin məzmunu ilə eynidir.

Daha əvvəl ABŞ Futbol Federasiyası bu ölkənin milli komandasının sabiq baş məşqçisi Yurgen Klinsmanna 3,3 milyon dollar təzminat ödəyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!