AFFA İntizam Komitəsi (İK) Region Liqası və aşağı yaş qrupu üzrə komandalarını cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, Region Liqasının “Astara” – “Alyans” (Masallı) görüşündə iştirak etməyən ikincilər 0:3 hesablı texniki məğlubiyyət alıblar.
Bununla yanaşı, U-13 Qızlar Liqasının “Bakınka” (Bakı) – “Sumqayıt” görüşündə də “Sumqayıt” eyni səbəbdən eyni cəza ilə üzləşib.
Futzal üzrə birinci liqada “Sabunçu” komandası “Green Log”la matça çıxmadığı üçün 0:5 hesablı texniki məğlubiyyətə məruz qalıb.
U-11 Liqasının “Leon” – “Polad” qarşılaşmasında “Leon”un heyətində protokolda adı olmayan futbolçu oynayıb. Bu isə rəqibə texniki qələbə (3:0) qazandırıb.

