Millimizdə gözlənilmədən baş məşqçi dəyişikliyi edildi

25 Fevral 2019 14:48 Qadın futbolu 1 144
Millimizdə gözlənilmədən baş məşqçi dəyişikliyi edildi

Bir neçə gün öncə qadınlardan ibarət yığmalar arasında AVRO-2021-in seçmə qrup mərhələsinin püşkü atılıb.

Kipr və Kosovo ilk dəfə mötəbər turnirə qatılacaqsa, Azərbaycan millisi 2009-cu ildən sonra Avropa çempionatına dönüşünü qeyd edəcək.

Final mərhələsinə ev sahibliyi edəcək İngiltərə istisna olmaqla, digər yığmalar qruplara bölünüb.

Yığmamız püşkatma zamanı sonuncu - 5-ci səbətdə qərarlaşıb. D qrupuna düşən komandamız İspaniya, Çexiya, Polşa və Moldova ilə üz-üzə gələcək.

Ümumiyyətlə, iştirakçılar 9 qrupa bölünüb ki, bunların ikisində 6, yeddisində isə 5 yığma mübarizə aparacaq.

Seçmə qrup mərhələsində mübarizə avqustun 26-da start götürəcək və gələn il sentyabrın 22-dək davam edəcək.

Qrup qalibləri və ikinci yerlər arasında ən yaxşı nəticə göstərən 3 komanda final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan digər 6 ölkə arasında pley-off oyunları keçiriləcək.

Seçmə qrup mərhələsinin matçları 26 avqust-3 sentyabr, 30 sentyabr-8 oktyabr, 4-12 noyabr, 2-11 mart 2020, 6-14 aprel, 1-9 iyun və 14-22 sentyabr tarixlərində oynanılacaq.

Gələn il oktyabrın 19-da və 27-də pley-off mərhələsinin görüşləri baş tutacaq. Final mərhələsinin püşkatma mərasimi 2020-ci ilin sonlarında, oyunlar isə 2021-ci ilin iyul ayında İngiltərədə keçiriləcək.

AFFA rəhbərliyi qitə birinciliyinə hazırlıq məqsədilə yenilik edib. Vüqar Əsgərov sükan arxasından uzaqlaşdırılıb, yerinə isə Siyasət Əsgərov gətirilib.

Sonuncuya yeni komanda formalaşdırmaq tapşırılıbsa,Vüqar 19 yaşadək qızlardan ibarət yığmaya göndərilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!