AVRO-2021: Azərbaycan yığmasının təqvimi müəyyənləşdi

22 Fevral 2019 12:36 Qadın futbolu 774
AVRO-2021: Azərbaycan yığmasının təqvimi müəyyənləşdi

Qadınlardan ibarət Azərbaycan millisinin 2021-ci il Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Vüqar Əsgərlinin baş məşqçi olduğu yığma ilk və son matçını İspaniyaya qarşı keçirəcək.

İlk görüş bu il oktyabrın 4-də səfərdə olacaq. Daha sonra Çexiya, Moldova və Polşa ilə ardıcıl 3 ev matçına çıxacaq komanda ardından daha 2 səfərə yollanacaq.

Millinin son ev oyunu isə 2020-ci il sentyabrın 16-da nəzərdə tutulub. Avropa çempionatı 2021-ci ildə İngiltərədə keçiriləcək.

D qrupu

4 oktyabr 2019

İspaniya – Azərbaycan

7 noyabr 2019

Azərbaycan – Çexiya

10 noyabr 2019

Moldova – Azərbaycan

11 mart 2020

Azərbaycan – Polşa

10 aprel 2020

Polşa – Azərbaycan

5 iyun 2020

Çexiya – Azərbaycan

16 sentyabr 2020

Azərbaycan – Moldova

22 sentyabr 2020

Azərbaycan - İspaniya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!