TFF Azərbaycanın qadın hakimlərinə dəvət göndərdi

9 Fevral 2019 09:36 Qadın futbolu 871
TFF Azərbaycanın qadın hakimlərinə dəvət göndərdi

Azərbaycanın qadın futbol hakimləri beynəlxalq oyunlarda iştirak edəcək.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası FİFA referisi Yuliya Qurbanova, FİFA referi köməkçiləri - Gülyana Özcan və Gülnurə Əkbərzadəyə dəvət göndərib.

Onlar qadınlardan ibarət milli komandalar arasında təşkil olunacaq beynəlxalq turnirin oyunlarını idarə edəcəklər.

Turnirin matçları fevralın 25-dən martın 5-dək Antalya şəhərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM