AFFA iki komandaya yenə texniki məğlubiyyət verdi

15 Yanvar 2019 17:36 Qadın futbolu 751
AFFA iki komandaya yenə texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda aşağı yaş qrupu üzrə çempionatlarda baş vermiş neqativ hallar müzakirə edilib.

Xüsusən də, U-13 Qızlar Liqasında iki komanda sərt şəkildə cəzalandırılıb. UGİM (Şəki) – UGİM (Qax) matçında birincilər oyunun 15-ci dəqiqəsində meydanı özbaşına tərk etdiyi üçün 0:3 hesablı texniki məğlubiyyətə düçar olub.

Həmçinin "Qabaqçöl” (Balakən) – UGİM (Qax) qarşılaşmasında "Qabaqçöl” eyni cəza ilə üzləşib. Buna səbəb Balakən təmsilçisinin heyətində yetərsay olmamasıdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!