Rumıniyanın “Styaua” klubunun sahibi Cici Bekali qadın futbolunun inkişaf etdirilməsinin əleyhinədi.
Sportinfo.az xəbər verir ki, Cici futbolun qadınlar üçün olmadığını deyib.
O, qadınlara görə futboldan gedə biləcəyini də vurğulayıb: “Əgər UEFA məndən qadın futbol komandası yaratmağı tələb etsə, onda futboldan gedəcəm. Allahın iradəsinə qarşı çıxmaq olmaz.
Axı qadınlar necə futbol oynaya bilərlər? Onlar bunun üçün yaradılmayıblar. Qadın yaradılıb ki, incə, gözəl olsun, kişini cəlb etsin.
Biz isə qadınlara şərait yaradırıq ki, futbol oynasınlar, boksla məşğul olsunlar. Onlar həndbol, voleybol, basketbol oynamalıdırlar.
Aqressiv idman növləri ilə məşğul olmamalıdırlar. Qadın futbolu şeytanın ideyasıdı”.

