"Səbail-2"-nin yeni baş məşqçisi bəlli olub. Ardıcıl protokol səhvlərinə görə istefaya göndərilən Elman Sultanovu Siyasət Əsgərov əvəz edəcək.
Sportinfo.az xəbər verir ki, komanda Siyasət Əsgərova həvalə edilib. Komanda onun baş məşqçiliyi altında bu gün ilk məşqinə də çıxıb.
Məlumat üçün bildirək ki, Siyasət Əsgərov "Səbail"in U-17 komandasının baş məşqçisi idi. O, eyni zamanda 17 yaşlı qızlardan ibarət milli komandamızın da baş məşqçisidir.

