AFFA-nın təşəbbüsü ilə Azərbaycanın qızlardan ibarət futbol üzrə milli komandasının üzvləri “Beynəlxalq sahilyanı təmizlik günü” tədbirində iştirak edib.
Sportinfo.az xəbər verir ki, layihəyə qoşulan fəal könüllülərdən olan komanda üzvlərinin nümayiş etdirdiyi oyun bu günü daha da əyləncəli və maraqlı edib.
Futbol topu tədbir zamanı yığılan polietilen tullantılardan düzəldilib.

