Sağ ol, ay Nigar qızım!

14 Avqust 2018 18:36 Qadın futbolu 1 154
Sağ ol, ay Nigar qızım!

Belarusun Minsk şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, bu gün Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılşan yığmamız 1:0 hesabı ilə qalib gəlib.

Yığmamızın heyətində Nigar Mirzəliyeva fərqlənib. Bu komandalar arasında avqustun 12-də keçirilmiş oyunda Belarus yığması eyni hesabla qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM