Oyunda qadın futbolçular arasında kütləvi dava oldu - VİDEO

14 Avqust 2018 08:48 Qadın futbolu 894
Oyunda qadın futbolçular arasında kütləvi dava oldu - VİDEO

Argentinada qadınlardan ibarət "Universitario" və "Libertad" arasında keçirilən oyun kütləvi dava ilə başa çatıb.

Sportinfo.az xəbər verir ki, münaqişəyə "Libertad"ın baş məşqçisinin hakimin penalti qərarı ilə razılaşmaması səbəb olub.

Bu zaman rəqib baş məşqçinin hərəkətləri "Universitario" futbolçularından birini qəzəbləndirib və o, məşqçinin üstünə qışqırmağa başlayıb.

"Libertad"ın futbolçu qadınları isə öz növbələrində məşqçilərinin tərəfini saxlayıblar və mübahisə əlbəyaxa davaya çevrilib.

Nəticədə 4 futbolçu bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Matç "Universitario"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!