Azərbaycan millisinin iki üzvü Rusiya klubu ilə müqavilə imzaladı

7 Avqust 2018 15:48 Qadın futbolu 1 059
Azərbaycan millisinin iki üzvü Rusiya klubu ilə müqavilə imzaladı

Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçuları - Arzu Əliyeva və Vüsalə Hacıyeva karyeralarını Rusiyada davam etdirəcəklər.

Sportinfo.az AFFA-nın "facebook" səhifəsinə istinadən xəbər verir ki, hər iki oyunçu İjevsk "Torpedo"su ilə anlaşıb.

Onlarla imzalanan müqavilələrin müddəti barədə məlumat verilmir. Arzuyla Vüsalıə ötən mövsümü "Sumqayıt"da keçirib və Azərbaycan çempionu titulunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Avqust 17:30 Çək və bizə göndər!