"Sumqayıt"ın 2 futbolçusu Rusiya klubuna transfer olundu

1 Avqust 2018 18:00 Qadın futbolu 1 289
"Sumqayıt"ın 2 futbolçusu Rusiya klubuna transfer olundu

Azərbaycanın qadın millisinin iki futbolçusu Rusiya klubuna transfer olunub.

Sportinfo.az xəbər verir ki, bunu “Torpedo” qadın futbol klubunun baş məşqçisi Konstantin Kayqorodov verdiyi müsahibəsində bildirib:

“Bizə Azərbaycan millisinin iki oyunçusu – Vüsalə Hacıyeva və Arzu Əliyeva qoşulub. Onlar bizim komandaya kömək etməyə çalışacaq”.

Hər iki futbolçu “Sumqayıt” ilə ötən mövsüm Azərbaycan çempionu olub. Vüsalə Hacıyeva ötən mövsümün ən yaxşı futbolçusu adına sahib olub.

Digər Xəbərlər
Xəbər Lenti
3 Avqust 17:30 Çək və bizə göndər!