Milli komandamızın sabiq baş məşqçisi ilə bağlı film çəkilib.
Sportinfo.az xəbər verir ki, söhbət qadınlardan ibarət yığmamızın sabiq çalışdırıcısı Patrisiya Qonsalesdən gedir.
Bu haqda mütəxəssisin vətəni İspaniya mətbuatı xəbər yayıb. Belə ki, qısametrajlı film xanım Qonsalesin ölkəmizdəki 3 illik fəaliyyətinə həsr olunub.
“Sağ ol” adlı filmdə xüsusilə onun ölkəmizdəki son günü lentə köçürülüb. Çəkilişləri Bakı və Mingəçevirdə aparılan filmin baş rolunda Selcan adlı 9 yaşlı qız oynayıb.
Ssenariya əsasən Patrisiya məhz Selcanın məşqçisi olur və sonda onlar vidalaşırlar. Patrisiya Qonsales ölkəmizdə 19 və 21 yaşadək qızlardan ibarət yığmalara rəhbərlik edib.

