Qadınlardan ibarət komandalar arasında keçirilən "Yüksək Liqa"da 2017/2018 mövsümünə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, "Sumqayıt" son turda "Təhsil"lə qarşılaşıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada komandamız Gültac Məmmədəliyeva və Arzu Əliyevanın qolları ilə 2:1 hesablı qələbə qazanaraq "Yüksək Liqa"nın qalibi olub.
Qarşılaşmanın ardından qaliblərin mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və klubun prezidenti Riad Rəfiyev də iştirak edib.

