Millimizin qapıçısı özünü evdə niyə güllələdi? - TƏFƏRRÜAT

5 Aprel 2018 17:12 Qadın futbolu 1 657
Millimizin qapıçısı özünü evdə niyə güllələdi? - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Şəkidə XI sinif şagirdi Firəngiz Qaliz qızı Əzizova özünü ov tüfəngi ilə güllələyib.

Sportinfo.az xəbər verir ki, əməliyyat olunan məktəbli hazırda reanimasiya şöbəsinə yerləşdirilib.

Özünə qarın nahiyəsindən atəş açan Fəridə 17 yaşlılardan ibarət millinin qapıçısı olub. O, bir müddət əvvəl təlim-məşq toplanışı üçün Bakıya yollanıb.

Bayramla əlaqədar evinə qayıdan 17 yaşlı qız bayram tətilindən sonra Fransaya – Avropa çempionatına yollanmalı idi.

Qadın futbolunun rəhbəri Nəriman Axundov Fəridənin atası ilə əlaqə saxlayıb. Atası bildirib ki, qızı təsadüf nəticəsində özünə atəş açıb”.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!