Millimiz son oyunda da İslandiyaya məğlub oldu

28 Mart 2018 17:12 Qadın futbolu 1 049
Millimiz son oyunda da İslandiyaya məğlub oldu

Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, millimiz həlledici turda İslandiya ilə üz-üzə gəlib.

Matç komandamızın 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib. Millimiz daha öncə keçirdiyi oyunlarda Almaniyaya 0:5, İrlandiyaya isə 0:1 hesabıyla məğlub olmuşdu.

Azərbaycan - İslandiya 1:3
Qollar: Dilara Soley Deli, 60 - Arna Eiriksdottir, 8; 36. Karolina Cek, 47.
Baş hakim: Anastasiya Romanyuk (Ukrayna)
Baş hakimin köməkçiləri: Oleksandra Vdovina (Ukrayna), Anja Klimm (Almaniya)
Dördüncü hakim: Miriam Şveynefuv (Almaniya)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!