HADİSƏ! Ailəsi onu millimizə buraxmadığı üçün özünü güllələyib

17 Mart 2018 18:48 Qadın futbolu 1 170
HADİSƏ! Ailəsi onu millimizə buraxmadığı üçün özünü güllələyib

Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib.

Sportinfo.az xəbər verir ki, martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunundəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub.

Firəngiz Əzizovanın üzərində təcilli cərrahiyə əməliyyatı keçirilib, hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Firəngiz Əzizova Şəkinin qızlardan ibarət “Gənclik” futbol klubunun qapıçısıdı. O mütəmmadi olaraq Azərbaycan milli komandasına dəvət alıb.

Şorsu kənd sakinlərinin erdiyi məlumata görə, Firəngiz Əzizova ailəsi tərəfindən idman yarışına buraxılmadığı üçün özünü öldürmək istəyib:

“Firəngiz idman komandasının üzvüdü. Yarış keçirilirmiş. Onu evdən yarışa buraxmayıblar. Ailəsi buna imkan verməyib. Qız da buna görə özünü öldürmək istəyib”.

Sakinlər qeyd edib ki, hazırda Firəngizin səhhəti orta-ağırdı: “Reanimasiyadadı. Əməliyyat olunub, dalağını da kəsiblər. Hər hansı həyati təhlükəsi yoxdu”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!