Elxan Məmmədov qızlara gül verdi - FOTOREPORTAJ

8 Mart 2018 19:36 Qadın futbolu 1 316
Elxan Məmmədov qızlara gül verdi - FOTOREPORTAJ

Bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Azərbaycan və Ukraynanın 17 yaşadək qızlardan ibarət milli komandaları arazında yoldaşlıq oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, oyundan əvvəl AFFA rəhbərliyi adından 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə hər iki komandanın üzvlərini təbrik edən baş katib Elxan Məmmədov onlara gül təqdim edib.

Qarşılaşma isə 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Komandamızın qollarını Sona Rəhimova və Birgul Çelik vurub.

Bu komandalar arasında martın 6-da keçirilmiş ilk oyunda da millimiz 1:0 hesabı ilə qalib gəlmişdi.




Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!