Polis Tehran derbisini izləmək istəyən 35 qadını saxladı

2 Mart 2018 19:12 Qadın futbolu 925
Polis Tehran derbisini izləmək istəyən 35 qadını saxladı

İranda "Esteqlal" və "Persepolis" arasındakı Tehran derbisini izləmək istəyən 35 qadın saxlanılıb.

Sportinfo.az xəbər verir ki, xanım fanatlar oyundan sonra buraxılıblar.

"Azadi" stadionunda keçirilmiş görüş "Esteqlal"ın qələbəsi ilə yekunlaşıb - 1:0.Ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, qadınlar həbs olunmayıb.

Onun sözlərinə görə, zərif cinsin nümayəndələri "münasib yer"ə aparılıb. Xanımlar məhz bu oyunu görüşdə FİFA prezidenti Canni İnfantinonun da iştirakı ilə əlaqədar izləmək istəyiblər.

Qadınlar bu addımı oyunları izləmələrinə qadağanın qoyulduğunu futbol rəsmilərinin diqqətinə çatdırmaq məqsədi ilə atıblar. İranda qadınların futbol matçlarına daxil olmalarına 1979-cu ildən qadağa qoyulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!