Tanınmış futbolçu qadınlardan ibarət millinin baş məşqçisi təyin olundu

24 Yanvar 2018 10:36 Qadın futbolu 924
Tanınmış futbolçu qadınlardan ibarət millinin baş məşqçisi təyin olundu

“Mançester Yunayted”in sabiq futbolçusu Fil Nevill İngiltərənin qadınlardan ibarət milli komandasına baş məşqçi təyin edilib.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı britaniyalı mütəxəssislə 2021-ci il Avropa çempionatının sonuna qədər müqavilə bağlanılıb.

Fill Nevill karyerası ərzində vətənində “Mançester Yunayted”lə yanaşı, “Everton”da çıxış edib. O, daha əvvəl “qırmızı şeytanlar”ın və İspaniyanın “Valensiya” klubunun məşqçilər korpusunda yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM