Yanvarın 12-də Səudiyyə Ərəbistanında tarixi olay yaşanıb.
Sportinfo.az xəbər verir ki, həmin gün Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə olaraq futbola baxmaq üçün stadiona gediblər.
Hökumət qadınların stadiona getməsinə icazə verən qanunu ötən ilin oktyabrında qəbul etmişdi. Qanun yanvarın 12-də qüvvəyə minib.
Həmin gün Ciddədə keçirilən “Əl-Əhli” - “Al-Baten” klublarının oyununu zərif cinsin nümayəndələri də izləyiblər. Arenalarda qadınlar üçün xüsusi sektorlar ayrılıb.

