Bakıda - "Bu gözəl qızlar bizə öyrətdilər ki..." - FOTOREPORTAJ

16 Dekabr 2017 17:58 Qadın futbolu 1 494
Bakıda - "Bu gözəl qızlar bizə öyrətdilər ki..." - FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi, Bakı Oksford Məktəbinin (BOM) şagirdləri (Enrichment class) qızlardan ibarət U-19 və əsas millinin məşqini izləyib.

Sportinfo.az xəbər verir ki, bugünlərdə isə məktəblilər bunun əsasında “Qadın hüquqları” mövzusu ilə bağlı material hazırlayıb, təqdimat ediblər.

Qadın hüquqlarının insan haqlarının tərkib hissəsi olduğu vurğulanan tədbirdə məktəblilər tərəfindən hazırlanan videomaterial izlənilib.

Tədbirdə iştirak edən qadın futbolçulardan ibarət millinin baş məşqçisi Vüqar Əsgərli oğlan və qızlardan təşkil olunan komandaların məşq prosesinin fərqindən danışıb, cəmiyyətdə gender bərabərliyinin qorunmasının vacib olduğunu vurğulayıb.

Millinin üzvləri isə futbolçu karyeraları, eləcə də məşq prosesləri haqda məlumat verib.

Şagirdlərin təəssüratı:

Aden Western (Böyük Britaniya): “Qızlar təlimlər zamanı əllərindən gələni edirlər. Onlarla tanış olmaq çox maraqlıdır”.

Fuad Al Samarrai (Birləşmiş Ərəb Əmirlikləri): “Sənin arzunu əlindən heç kim ala bilməz. Qadınlar kişilərlə bərabər bütün sahələrdə fəaliyyət göstərə bilərlər!”

Teresa Barcenas (Meksika): "Bu gözəl qızlar bizə öyrətdilər ki, arzunuza çatmaq yolunda sizə mane olanlara imkan verməyin”.

Dominique Sassine (İtaliya): “Öyrəndiyim ən vacib məsələlərdən biri odur ki, sevdiyimiz işdən əl çəkməməliyik”.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!